Bakı. Trend:
Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi ilə bağlı fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.
Belə ki, dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.
Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.