...

Qarabağ Universitetində gələn ildən etibarən yeni fakültələr fəaliyyətə başlayacaq - Şahin Bayramov

Siyasət Materials 8 Aprel 2025 12:57 (UTC +04:00)
Qarabağ Universitetində gələn ildən etibarən yeni fakültələr fəaliyyətə başlayacaq - Şahin Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ Universitetində gələn ildən etibarən yeni fakültələr fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bunu universitetin rektoru Şahin Bayramov aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda çıxışı zamanı deyib.

"Qarabağ Universitetində hal-hazırda 3 əsas fakültə fəaliyyət göstərsə də, yaxın planlarda akademik bazanın genişlənməsi yer alır. Artıq 2026-cı ildə Xankəndi şəhərində incəsənət və turizm fakültələrinin, həmçinin kənd təsərrüfatı fakültəsinin açılması planlaşdırılır”, -deyə o bildirib.

Rektorun sözlərinə görə, hal-hazırda universitetdə 200-ə yaxın əməkdaş çalışır, birinci kurs tələbələrinin sayı isə 1100 nəfəri ötür.

“Qarabağ Universiteti qarşısına elmi-tədris və innovativ mərkəzin yaradılmasını məqsəd qoyub. Bizim komanda bu hədəfə çatmaq üçün çalışır və artıq bu gün ali təhsil ocağı nəzərəçarpan nəticələr nümayiş etdirir, hərçənd bu onun tamdəyərli fəaliyyətinin ilk ilidir”, - deyə Bayramov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti