...

Prezident İlham Əliyev: Kiçik addımlarla başlayaraq etimadı qura bilərik

Siyasət Materials 9 Aprel 2025 10:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Kiçik addımlarla başlayaraq etimadı qura bilərik
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”, - deyən dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti