...

Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə əldə olunmuş razılaşmalar nikbinliyə əsas verir - Ceyms Şarp (ÖZƏL)

Siyasət Materials 9 Aprel 2025 15:41 (UTC +04:00)
Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə əldə olunmuş razılaşmalar nikbinliyə əsas verir - Ceyms Şarp (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə əldə olunmuş razılaşmalar nikbinliyə əsas verir.

Bunu Trend-ə Böyük Britaniyanın keçmiş səfiri Ceyms Şarp "Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Tərəflərin sülh sazişinin mətnini razılaşdırmaları sevindiricidir”, - deyə o bildirib.

Diplomat qeyd edib ki, buna baxmayaraq, hələ həll olunası bir sıra məsələlər qalmaqdadır.

“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, sazişi imzalamazdan əvvəl Ermənistan konstitusiyası və ATƏT Minsk Qrupunun buraxılması ilə bağlı məsələləri nizamlamaq lazımdır”, - deyə C.Şarp bildirib.

O, sazişin imzalanmasının yaxın gələcəkdə gerçəkləşəcəyinə ümidini ifadə edib və bildirib ki, növbəti mərhələ məhz xalqların barışığı prosesi olmalıdır.

“Təkcə hökumətlərarası sazişin imzalanması yox, həm də sülhü möhkəm və uzunömürlü etməyin yollarını axtarmaq vacibdir ki, hər iki ölkədə yaşayan insanlar, həqiqətən, ona inansınlar və onu dəstəkləsinlər”, -deyə diplomat vurğulayıb.

Diplomat, həmçinin, regional əməkdaşlığın vacibliyi məsələsinə də toxunub.

“Mən iki ölkə arasında sülhün əldə olunmasının mümkünlüyünü nikbin qiymətləndirirəm. Bu, regional əməkdaşlıq üçün qapıları açacaq”.

Diplomat, eyni zamanda, dəyişən dünya nizamı və geosiyasətə həsr olunmuş beynəlxalq forumda iştirakından aldığı təəssüratları bölüşüb və ələlxüsus, ABŞ-dəki inkişaflar fonunda cari dövrün vacibliyini vurğulayıb.

Bundan savayı, C.Şarp ilk Xankəndi səfərindən də söz açıb.

“Qarabağ Universitetinin tələbələri ilə keçirilən görüş çox ilhamverici idi - onların gələcəyə olan ümidi, onun təhsil almaq şövqü məndə güclü təəssürat doğurdu”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti