...

Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 9 Aprel 2025 19:18 (UTC +04:00)
Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Uca Allahdan Azərbaycan Respublikasına və dost xalqınıza davamlı inkişaf, tərəqqi, firavanlıq, İslam ümmətinə və bütün bəşəriyyətə xeyir-bərəkət diləyirəm".

Xəbər lenti

Xəbər lenti