Antalya. Trend:
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend xəbər verir ki, Əhməd Əl Şaraa bu barədə aprelin 11-də Antalyada dövlətimizin başçısı ilə görüşündə deyib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.