Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Trend-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi görüşün məzmunu barədə açıqlama yayıb.
Bildirilib ki, görüşdə regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazirlər həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbər yenilənir