...

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb - Ceyhun Bayramov

Siyasət Materials 12 Aprel 2025 13:24 (UTC +04:00)
Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.

"44 günlük Vətən Müharibəsi başa çatdıqdan və Azərbaycanın əvvəllər işğal olunmuş torpaqları azad edildikdən dərhal sonra тormallaşma üçün tarixi imkanlar yaranıb. Bundan az sonra Azərbaycan Ermənistana normallaşma prosesinə başlamağı və sülh sazişindən danışmağa başlamağı təklif edib. Bunu Azərbaycan təklif edib. Biz Ermənistan tərəfi ilə fiziki danışıqlara başladıq, bilirsiniz, danışıqların bir çox raundları oldu. Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı", - o bildirib.

Onun sözlərinə görə, bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var.

"Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti