...

AŞPA sədrinin bəyanatı əsassızdır, Azərbaycan dövləti öz milli maraqlarını qoruyur – ŞƏRH

Siyasət Materials 14 Aprel 2025 10:42 (UTC +04:00)
AŞPA sədrinin bəyanatı əsassızdır, Azərbaycan dövləti öz milli maraqlarını qoruyur – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti haqlı olaraq Avropa məhkəməsinin qanunlarının Azərbaycanda işləməməsini dilə gətirdi. Doğrudan da, belə olmalıdır. Çünki seçkilərdə biz onlara səs verməmişik. Bu halda necə ola bilər ki, onlar Azərbaycanla bağlı məhkəmə qərarı çıxarsınlar? Bu, tamamilə yanlış və məntiqsizdir.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, AŞPA sədri Teodoros Rusopulos yunandır və Yunanıstanda jurnalist kimi də çalışıb:

“İşlədiyi dövrdə ermənilərlə çox sıx əlaqəsi olub. Bu səbəbdən də onda Azərbaycanofobiya var. AŞPA artıq dərk edir ki, öz təhlükəsizliklərini təmin edə bilmir. Çünki indiyədək ABŞ tərəfindən idarə olunublar. Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra bildirdi ki, Aİ öz təhlükəsizliyinə cavabdeh olmalıdır.

ABŞ hərbi qüvvəsini də Avropadan çəkmək istəyəndə qitə liderləri təşvişə düşdülər. Bayden dövründə vəziyyət başqa idi. Əksər ölkələr Rusiyanın üzərində düşmüşdü. Lakin Tramp bu gün bu siyasətin doğru olmadığını deyir və əks istiqamətdə hərəkətlər edir. Hakimiyyətə gəldikdən sonra Putinə dəstək göstərməsi, onun güclü lider olduğunu qəbul etməsi Avropa ölkələrinin rəhbərlərini səksəkəyə salıb”.

Politoloq vurğulayıb ki, AŞPA, Aİ rəhbərliyi Azərbaycana qarşı bəyanatlarla heç nəyə nail olmayacaq:

“Azərbaycan azad, demokratik, müstəqil ölkədir. Biz onların dediklərini yerinə yetirmirik. Çünki bizim özümüzün dövlət və milli maraqlarımız var. Hər zaman bu prizmadan çıxış etmişik. Onlar çoxdan dərk ediblər ki, Azərbaycan dövləti öz milli maraqlarını qoruyur. Ona görə də bizə təzyiqləri artırırlar. Dəfələrlə Azərbaycan haqqında qarayaxma kampaniyası aparıblar. Azərbaycana qarşı səs verən bir neçə deputatın da ölkəyə girişini haqlı olaraq qadağan etdik. Almaniyadan olan Frank Şvabenin aeroportdan qaytarılması onlara dərs olmalıdır.

AŞPA deputatlarının əksəriyyəti öz ölkələrinin parlamentinə deputat seçilə bilmirlər, qaranlıq keçmişləri var, tərcümeyi-halları araşdırılsa, çoxunda mənfi hallar görmək olar. Bu mənada, AŞPA sədrinin bəyanatı əsassızdır və Azərbaycana qarşı heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan torpaqları işğalda olanda AŞPA nə etdi? Heç nə. ATƏT-in Minsk Qrupu 28 il gəlib-getdi, heç nəyə nail olmadı, bir kəndi belə azad etmədi. Bu gün Avropa Parlamentində oturan deputatlar kimlərsə tərəfindən idarə olunur və yönəldilir”, - deyə E.Həsənov fikrini tammalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti