...

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

Siyasət Materials 14 Aprel 2025 11:07 (UTC +04:00)
Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni zamanda, “Peşə təhsili haqqında” qanuna edilən dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti