...

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Siyasət Materials 15 Aprel 2025 21:44 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olundu.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.

Xəbər lenti

Xəbər lenti