...

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər - Tanya Fayon

Siyasət Materials 17 Aprel 2025 13:25 (UTC +04:00)
Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər - Tanya Fayon
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.

Trend-in məlumatına görə, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayon Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

“Gələn ilin fevral ayında biz diplomatik əlaqələrin qurulmasının 30-illiyini qeyd edəcəyik. Bizim siyasi dialoq və məsləhətləşmələrin akvitləşməsi xoş bir haldır. Son məsləhətləşmələr bu ilin fevral ayında Bakıda keçib və mən şadam ki, bizim əməkdaşlığımız biznes-forum çərçivəsində davam edir”, - deyə o bildirib.

Tanya Fayon onu da əlavə edib ki, görüş zamanı onu sloveniyalı sahibkarlardan ibarət nümayəndə heyəti müşayiət edib və ticari-iqtisadi əlaqələrin genişləndirilməsi yolları və potensialını araşdırmaq məqsədilə bu gün ilk dəfə olaraq birgə iqtisadi işçi qrupun iclası keçiriləcək.

"Biz ticarətimizi necə inkişaf etdirə bilərik? Hazırda onun həcmi böyük deyil, lakin mənim fikrimcə, hər iki tərəfin əhəmiyyətli potensialı var. Məmnuniyyətlə qeyd edirəm ki, yaxın vaxtlarda biz enerji sahəsində qarşılıqlı Anlaşma haqqında memorandum imzaladıq. Energetika nazirimiz Bakıya səfər edib və bu, əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır – yalnız energetika və təbii qaz sahəsində deyil, həm də iqtisadiyyatın digər mühüm sahələrində. Artıq bizim məsləhətçi şirkətlərimizin iştirakı var və biz bu əməkdaşlığı genişləndirmək, o cümlədən, kiçik su elektrik stansiyalarının tikintisi sahəsində də əməkdaşlıq etmək istərdik," - deyə xarici işlər naziri əlavə edib.

Xəbər lenti

Xəbər lenti