...

MDB PA-nın iclaslarında assambleya çərçivəsində görülən işlər nəzərdən keçirilib (FOTO)

Siyasət Materials 18 Aprel 2025 14:59 (UTC +04:00)
MDB PA-nın iclaslarında assambleya çərçivəsində görülən işlər nəzərdən keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti