...

Torpaqlarımızın azad edilməsi xalqımızın ədalətin zəfərinə olan sarsılmaz inamını təcəssüm etdirir - Sahibə Qafarova

Siyasət Materials 18 Aprel 2025 17:43 (UTC +04:00)
Torpaqlarımızın azad edilməsi xalqımızın ədalətin zəfərinə olan sarsılmaz inamını təcəssüm etdirir - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılması xalqımızın – həm keçmiş, həm də indiki nəsillərin – ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.

Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxışı zamanı səsləndirib.

Spiker Sahibə Qafarova deyib ki, xalqların nəhəng səyləri ilə qazanılmış bütün böyük qələbələr hər şeydən əvvəl ədalət kimi ali bir dəyərə sonsuz inamın və onun bərpasına göstərilən səylərin nəticəsidir. Məhz bu inam böyük qələbənin başlıca ruhlandırıcı qüvvəsinə çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti