Pekin. Trend:
Azərbaycan və Çin kosmosda əməkdaşlıq edəcəklər.
Trend xəbər verir ki, aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu" imzalanıb.
Sənəd Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde tərəfindən imzalanıb.