...

Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzv olmasını dəstəkləyir - Birgə Bəyanat

Siyasət Materials 23 Aprel 2025 11:26 (UTC +04:00)
Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzv olmasını dəstəkləyir - Birgə Bəyanat
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Pekin. Trend:

Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da deyilir. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.

"Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər", - deyə Birgə Bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti