...

İşğaldan azad olunmuş ərazilərdəki üçüncü beynəlxalq hava limanının açılışı mərasiminin yaxın zamanda baş tutacağı gözlənilir - Bayramov

Siyasət Materials 25 Aprel 2025 13:55 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdəki üçüncü beynəlxalq hava limanının açılışı mərasiminin yaxın zamanda baş tutacağı gözlənilir - Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sayca üçüncü beynəlxalq hava limanının açılışı mərasiminin yaxın zamanda baş tutacağı gözlənilir.

Trend xəbər verir ki,bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.

"Bizim üçün mühüm məsələ işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu proses aktivdir. Mən Aİ-nin hörmətli nümayəndəsinə genişmiqyaslı tikinti-quruculuq işləri, yeni şəhərlərin, qəsəbələrin, iki beynəlxalq hava limanının tikintisi, yaxınlarda üçüncünün açılışının gözlənildiyi barədə məlumat verdim", - o deyib.

Bayramov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə minalar ən ciddi təhlükə olaraq qalır. Minatəmizləmə işinə sərf olunan geniş səylərə və resurslara baxmayaraq, təhlükə əhəmiyyətli olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti