...

Ermənistanın Minsk qrupunun ləğvinə qarşı olan cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəmi olduğunu göstərir - XİN

Siyasət Materials 16 May 2025 12:46 (UTC +04:00)
Ermənistanın Minsk qrupunun ləğvinə qarşı olan cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəmi olduğunu göstərir - XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş nazirinin İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində deyilir.

"Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti