...

Milli Məclisin sədri Roma Papasının taxtaçıxma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 18 May 2025 21:53 (UTC +04:00)
Milli Məclisin sədri Roma Papasının taxtaçıxma mərasimində iştirak edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti