...

Azərbaycan-İsrail hərbi əməkdaşlığı müzakirə edilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 19 May 2025 18:15 (UTC +04:00)
Azərbaycan-İsrail hərbi əməkdaşlığı müzakirə edilib (FOTO) (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi səfər zamanı Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.

xxx

17:06

İsraildə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün israilli həmkarı İsrail Katzla Təl-Əvivdə görüşüb.

Trend xəbər verir ki, bu barədə Times of İsrael” nəşri İsrailin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün başlıca məqsədi təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi olub.

Görüşün gedişində Katz İsrail və Azərbaycanın dərin strateji müttəfiqlik əlaqələrini təqdir edərək, ölkələrin ortaq maraqları və qarşılıqlı etibarı bölüşdüyünü vurğulayıb.

O, “7 oktyabr” hadisələri zamanı göstərdiyi dəstəyə görə, eləcə də, İsraillə Türkiyə arasında danışıqlara vasitəçilik etmək səylərinə görə Azərbaycana təşəkkürünü çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti