...

Azərbaycanın sədrliyi ilə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq - Baş katib

Siyasət Materials 20 May 2025 13:03 (UTC +04:00)
Azərbaycanın sədrliyi ilə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq - Baş katib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq .

Trend xəbər verir ki, bunu AQFETM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Biznes-şuranın 8-ci plenar iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Tədbirə çoxlu sayda iştirakçıların gəlməyini, bu tədbirin yüksək səviyyədə təşkilini görmək çox xoşdur. Azərbaycanın sədrliyi parlaq başlayıb və yüksək məhsuldarlıq gözlənilir. AQFETM Asiyada əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq", - o deyib.

Sarıbay eyni zamanda, Azərbaycanın qadınların həm cəmiyyətdə, həm də iqtisadiyyatda rolunun gücləndirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, AQFETM üçün aktual məsələdir.

Baş katib qeyd edib ki, Biznes-şuranın əsas diqqət mərkəzində kiçik və orta biznes nümayəndələri ilə AQFETM-in dövlət strukturları arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir. Biznes-şura təkcə kiçik və orta biznesin inkişafına cavabdeh olan hökumət nümayəndələrini deyil, həm də biznes assosiasiyalarının rəhbərlərini bir araya gətirir.

O, bugünkü iclasda Biznes-Şuranın qarşıya qoyduğu məqsədlərə uğurla nail olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti