...

Prezident İlham Əliyev: Macarıstan xüsusilə Aİ məkanında müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir

Siyasət Materials 20 May 2025 15:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Macarıstan xüsusilə Aİ məkanında müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı bildirib: “Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti