...

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəöncəsi nazirlər görüşü Budapeştdə keçirilib

Siyasət Materials 21 May 2025 02:26 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəöncəsi nazirlər görüşü Budapeştdə keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi zirvəöncəsi görüşü Budapeştdə baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan TDT-nin qeyri-rəsmi zirvəsi ərəfəsində təşkil edilən açılış tədbirində təşkilata üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb.

Nazirliyin paylaşdığı fotoda TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, üzv ölkələrin XİN rəhbərləri – Qazaxıstandan Murat Nurtleu, Türkiyədən Hakan Fidan, Qırğızıstandan Jeenbek Kulubaev, Azərbaycandan Ceyhun Bayramov, Özbəkistandan Baxtiyar Saidov, eləcə də təşkilatda müşahidəçi statusuna malik olan Macarıstanın xarici işlər naziri Peter Siyarto yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir. O, mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. Prezident İlham Əliyevin mayın 21-də Budapeştdə keçiriləcək TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti