...

Qazaxıstan tezliklə Türk Dövlətləri Təşkilatında daimi nümayəndəliyini açmağı planlaşdırır

Siyasət Materials 21 May 2025 14:16 (UTC +04:00)
Qazaxıstan tezliklə Türk Dövlətləri Təşkilatında daimi nümayəndəliyini açmağı planlaşdırır
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Qazaxıstan yaxın zamanda Türk Dövlətləri Təşkilatında daimi nümayəndəliyini açmağı planlaşdırır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı deyib.

"Qazaxıstan bir sıra kompleks tədbirlər həyata keçirib. Xüsusilə, Naxçıvan Sazişinə dəyişikliklərin edilməsi haqqında Protokol ratifikasiya olunub, Qazaxıstanın Türk Dövlətləri Təşkilatında daimi nümayəndəsi təyin edilib. Yaxın vaxtlarda daimi nümayəndəliyin açılması planlaşdırılır", – deyə o qeyd edib.

Qazaxıstan Prezidenti həmçinin bildirib ki, Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası 11-12 iyun tarixlərində Astanada keçiriləcək.

"Aktau şəhəri bu il türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu mühüm vəzifənin uğurla icrası üçün konkret tədbirlər görülmüşdür. Qazaxıstanın təşəbbüsü ilə ötən həftə mərkəzi seçki orqanlarının məsləhətçi platforması yaradılmış və onun ilk iclası müqəddəs Türküstan şəhərində uğurla keçirilmişdir", – deyə dövlət başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti