...

İqor Babuşkin Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Siyasət Materials 23 May 2025 19:28 (UTC +04:00)
İqor Babuşkin Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli Mehriban Arif qızı.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə öz dərin ehtiramımı bildirir və səmimi təbriklərimi çatdırıram.

Bu bayram Azərbaycanın öz Vətənini sevən, tarixinə və ənənələrinə sadiq qalan, daha xoşbəxt gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.

Ölkənizin həyatının bu əlamətdar günündə Sizə və Azərbaycan Respublikasının bütün xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və tərəqqi, daha firavan həyat naminə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərimizin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm".

Xəbər lenti

Xəbər lenti