...

Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ilə bağlı Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk - Ceyhun Bayramov

Siyasət Materials 25 May 2025 14:01 (UTC +04:00)
Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ilə bağlı Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk - Ceyhun Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Həmkarım Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.

Trend xəbər verir ki, bu fikirləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

“Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir Azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini xatırladıb.

Xəbər lenti

Xəbər lenti