...

Ukraynanın müharibədən sonra bərpası böyük proses olacaq - Andrey Sibiqa

Siyasət Materials 25 May 2025 14:10 (UTC +04:00)
Ukraynanın müharibədən sonra bərpası böyük proses olacaq - Andrey Sibiqa
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bizim üçün çox önəmlidir ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

Trend xəbər verir ki, bu sözləri mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa söyləyib.

“Ukraynanın müharibədən sonra bərpası böyük bir proses olacaq və burada Azərbaycanın dəstəyini gözləyirik. Xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığa üstünlük veririk. Ölkəmizin Azərbaycanın Qafqazda enerji habına çevrilməsinə dəstək verməsinə hər zaman hazırdır”, - deyən nazir İrpen şəhərinə dəstəyə görə Azərbaycana təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti