...

Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 27 May 2025 12:02 (UTC +04:00)
Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm.

Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

BP şirkəti olaraq, bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanırıq.

Zati-aliləri, Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi tərəqqi və inkişaf arzu edirəm".

Xəbər lenti

Xəbər lenti