...

Kaya Kallas Fransa vətəndaşının əfv edilməsi haqqında - bu, diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyinin göstəricisidir

Siyasət Materials 27 May 2025 18:38 (UTC +04:00)
Kaya Kallas Fransa vətəndaşının əfv edilməsi haqqında - bu, diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyinin göstəricisidir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda saxlanılan Fransa vətəndaşı Teo Hüqo Klerkin əfv edilməsi ilə bağlı qərarı alqışlayıb.

Trend xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

"Evinə xoş gəldin, Teo Klerk. Onun Azərbaycandan azad edilməsi sakit diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyini göstərir. Mən bundan sonra da xaricdəki vətəndaşlarımızı dəstəkləmək üçün səy göstərəcəyəm", - o qeyd edib.

Qeyd edək ki, Trend -in etibarlı mənbədən əldə etdiyi məlumata görə, Fransa vətəndaşı Teo Hüqo Klerkin əfv edilməsi Kaya Kallasın şəxsi xahişi ilə bağlı olub.

"Onun əfvlə bağlı sonuncu xahişini Bakıya səfəri zamanı Kaya Kallas səsləndirib. Prezident İlham Əliyevlə görüşdə o, şəxsən bunu xahiş edib və rəsmi Bakı müraciətə müsbət cavab verib. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub. Əgər Avropa İttifaqının hansısa ölkəsi öz vətəndaşının azadlığa buraxılmasına görə minnətdarlığını bildirməyi zəruri hesab edirsə, o zaman bu minnətdarlığı Bakıya yox, Kaye Kallasa yönəltsinlər".

Əgər Avropa İttifaqının hansısa ölkəsi öz vətəndaşının azadlığa buraxılması üçün minnətdarlığını bildirməyi zəruri hesab edirsə, o zaman bu mənbəni Bakıya göndərməsinlər", - mənbə qeyd edib.

Bildirilib ki, Azərbaycan Kaya Kallasın ölkəyə münasibətini yüksək qiymətləndirir, onu strateji kursu anlayan siyasətçi kimi qəbul edir.

"Bakı onu da qeyd edir ki, Kallas Azərbaycanın əhəmiyyətini anlayır və regionun digər ölkələrinə getmədən səfəri üçün Bakını seçib", - mənbə əlavə edib.

Xatırladaq ki, Klerk 2024-cü il sentyabrın 10-da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Həmin il o, Bakıda metro deposunda vaqonlara qraffiti çəkməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti