Laçın. Trend:
30 il işğal altında qalan Azərbaycan torpaqlarının müstəqilliyinə qovuşması ilə birlikdə bölgənin artıq istiqrar, rifah və inkişafın mərkəzinə çevriləcəyini arzu edirik.
Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə deyib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Laçın Beynəlxalq Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyaya önəmli töhfə verəcəyinə inanıram.