Bakı. Trend:
Montana ştatının senatoru Azərbaycana səfər gəlib.
Trend xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi X hesabında məlumat yayıb.
Bildirilib ki, səfəri çərçivəsində senator Stiv Deyns xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşərək, ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, eləcə də, regionda sülh və təhlükəsizliyin təşviqi məsələlərini müzakirə edəcək.