Bakı. Trend:
Çin və Azərbaycan strateji tərəfdaşlığın yeni mərhələdədir.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey bildirib.
Çıxışında səfir qeyd edib ki, Çin və Azərbaycan arasında münasibətlər bütün sahələr üzrə sürətlə inkişaf edir.
“Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanat imzalayıblar ki, bu da ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı”, – deyə səfir bildirib.
Lu Mey vurğulayıb ki, mədəni mübadilə, ticarət-iqtisadi əlaqələrin inkişafı, habelə yüksək texnologiyalar və rəqəmsal inkişaf sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək.
“Mən Çin və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına fəal töhfə vermək, xalqlarımız arasında mübadilələrdə səmimi vasitəçi və praktiki əməkdaşlığın möhkəmləndirilməsində etibarlı tərəfdaş olmağa çalışacağam”, – deyə səfir qeyd edib.