...

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

Siyasət Materials 30 May 2025 10:46 (UTC +04:00)
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 29-da Nyu-Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, Dima Al-Khatib aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasını alqışladığını bildirərək deyib: “Qlobal Cənub QHT Platforması təşəbbüsünü yüksək qiymətləndiririk. Ümumilikdə Azərbaycan dövlətinin Qlobal Cənuba yönəlik siyasətini, eləcə də QHT-lərə göstərdiyi dəstəyi təqdir edirik”.

O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

İcraçı direktor Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu qlobal toplantıya tərəfdaş kimi dəstək olduğunu vurğulayıb. O, bu platformanın yaradılması ideyasının COP29 dövründə Azərbaycan vətəndaş cəmiyyətindən gəldiyini məmnunluqla qeyd edib.

Dima Al-Khatib Azərbaycanın COP29-a uğurla sədrlik etməsinə, Bakıda ötən il keçirilmiş bu tədbirin mühüm önəminə və nəticələrinə diqqət çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti