Bakı. Trend:
Çinin Azərbaycandakı səfiri Şuşa şəhərində keçiriləcək Beynəlxalq Partiyalararası Konfransda iştirak edəcək.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey səfirlik binasında Sivilizasiyalar arasında Birinci Beynəlxalq Dialoq Günü münasibətilə keçirilən brifinqdə deyib.
O bildirib ki, iki ölkənin hakim partiyaları arasında qarşılıqlı fəaliyyət aktiv şəkildə inkişaf edir. Bu, müntəzəm xarakter alan səfərlər və beynəlxalq tədbirlərdə iştirakla özünü açıq-aydın büruzə verir.
“Bu həftəsonu mən Çinin Kommunist partiyasının nümayəndəsi olaraq “Yeni Azərbaycan Partiyası” tərəfindən təşkil olunan Beynəlxalq Partiyalararası Konfransda iştirak etmək məqsədilə Şuşa şəhərinə yollanacağam”, -deyə diplomat bildirib.