Bakı. Trend:
Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin innovasiya, hibrid və kiber məsələləri üzrə müavini Ceyms Appaturai ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş NATO-nun Brüssel qərargahında “Azərbaycan–NATO enerji təhlükəsizliyi dialoqu” çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan–NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, o cümlədən Avropa İttifaqına verdiyi töhfələr, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.