...

Süni intellekt jurnalistikaya yanaşmanı köklü şəkildə dəyişir – Ayna Zadabek

Siyasət Materials 20 İyul 2025 12:13 (UTC +04:00)
Süni intellekt jurnalistikaya yanaşmanı köklü şəkildə dəyişir – Ayna Zadabek
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Süni intellektin tətbiqi jurnalistikaya yanaşmanı köklü şəkildə dəyişir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Ayna Zadabek III Şuşa Qlobal Media Forumu zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt analitik imkanları əhəmiyyətli dərəcədə genişləndirir və əvvəllər yox olmaq üzrə olan janrlara marağı geri qaytarır.

“Jurnalistlərin daha dərin tədqiqat aparmaq imkanları artır. Biz yenidən analitikaya, əvvəllər itməkdə olan jurnalist araşdırması janrına qayıdırıq — indi bu janr yeni alətlərlə geri dönür”, – deyə o bildirib.

Ayna Zadabek həmçinin qeyd edib ki, süni intellekt üzrə təlimlər yalnız jurnalistləri deyil, bütün media sektorunu əhatə etməlidir. Bu isə təkcə effektivliyi artırmaqla yanaşı, həm də milli kontekstin qorunmasına töhfə verir.

“Biz media şirkətində bütün əməkdaşlara — yalnız jurnalistlərə deyil, həm də mühasiblərə, HR mütəxəssislərinə təlimlər keçməyə başlamışıq. Bu prosesə təkan verdi: işlər sürətləndi və süni intellekt mədəniyyət kodlarımızı, o cümlədən, rəqəmsal məkanlarda milli kimliyimizi qorumağa kömək etməyə başladı”, – deyə Zadabek əlavə edib.

Qeyd edək ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq iştirak edir. Onların sırasında 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun və digər aidiyyəti təşkilatların nümayəndələri yer alır.

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda forum 2025-ci il iyulun 19-dan 21-dək keçirilir.

Xəbər lenti

Xəbər lenti