...

Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

Siyasət Materials 24 İyul 2025 12:51 (UTC +04:00)
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illərdə də Somalidən olan tələbələr Azərbaycanda təhsil alıblar.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə bu gün Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bu il əldə olunan razılaşmaya əsasən, xüsusilə Somalidən olan tələbələr üçün 20 yer ayrılıb. Ümid edirəm ki, bu say gələcəkdə daha da artırılacaq.

Somalidən tələbələrin Azərbaycanda hansı ixtisas üzrə təhsil almaları barədə fikirlərini öyrənmək bizim üçün vacibdir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti