...

Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 3 Avqust 2025 20:52 (UTC +04:00)
Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Təhsil, elm, mədəniyyət və gənclər siyasəti məsələləri üzrə komitə sədri Bayramgözəl Muradova, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkmənistanın Avaza şəhərində keçiriləcək Parlamentlərarası Forumun birinci sessiyasına spiker Sahibə Qafarova sədrlik edəcək. Səfər çərçivəsində Milli Məclisin sədrinin Forumda çıxışı və bir sıra görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti