...

Milli Məclisin sədri Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda sessiyaya sədrlik edib

Siyasət Materials 4 Avqust 2025 15:41 (UTC +04:00)
Milli Məclisin sədri Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda sessiyaya sədrlik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forum öz işinə başlayıb.

Trend xəbər verir ki, tədbirdə ölkəmizi təmsil edən Milli Məclisin sədri Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib.

Sessiyada iştirakçı dövlətlərin təmsilçiləri çıxış edərək, müzakirə olunan mövzu üzrə fikirlərini ifadə ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrin səmərəli keçdiyini söyləyərək, bu cür platformaların təcrübə və yeni ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

O, sessiyanın yekun sənədinin ümumi məqsədlərimizin əldə olunmasına əhəmiyyətli dəstək və Avaza Fəaliyyət Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti