...

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistanda ekskavatora atəş açılmayıb - MN

Siyasət Materials 4 Avqust 2025 18:24 (UTC +04:00)
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistanda ekskavatora atəş açılmayıb - MN
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistanda ekskavatora atəş açılmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti