Bakı. Trend:
Ağ Ev bu gün baş tutacaq Trampın Əliyev və Paşinyanla görüşlərinin qrafikini (Bakı vaxtı ilə) yayıb.
Trend həmin qrafiki təqdim edir:
22:30 — Prezident Tramp Ermənistan baş naziri Nikol Paşinyanla görüşür
22:35 — Ağ Evin oval kabinetində Tramp və Paşinyan arasında ikitərəfli görüş keçirilir
23:05 — Trampla Paşinyan arasında sənədin imzalanma mərasimi
23:10 — Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul edir
23:15 — Tramp və İlham Əliyev arasında Ağ Evin Oval kabinetində ikitərəfli görüş keçirilir..
23:45 — Trampla İlham Əliyev arasında sənəd imzalanır.
00:15 — Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir