Bakı. Trend:
Zəngəzur dəhlizi İran mediasında şişirdildiyi kimi deyil.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Zəngəzur marşrutu haqda bütün tərəflərin istəkləri nəzərə alınıb.
Pezeşkian bildirib ki, ərazi bütövlüyü çərçivəsində İranın yolunun bağlanmaması nəzərdə tutulub.
Qeyd edək ki, İran mediasında Zəngəzur dəhlizi birmənalı şəkildə mənfi qiymətləndirilir və bu dəhlizin İranın zərərinə olduğu qeyd edilir.