...

Sahibə Qafarova Milli Məclisdə beynəlxalq parlament konfransı barədə məlumat verib

Siyasət Materials 31 Oktyabr 2025 11:37 (UTC +04:00)
Sahibə Qafarova Milli Məclisdə beynəlxalq parlament konfransı barədə məlumat verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilib.

Trend xəbər verir kii, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında konfrans barədə məlumat verib.

"Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak etmişdir. Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar edilmişdir.

Qeyd edim ki, bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi", - deyə spiker bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti