Bakı.Trend:
Bakı Təşəbbüs Qrupu olaraq müstəmləkə əsarətində olan ərazilərin müraciətlərinə baxaraq, araşdıraraq əməkdaşlığa başlayırıq.
Trend xəbər verir ki, bu fikirləri bu gün “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransı çərçivəsində Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu iki ildir fəaliyyətə başlayıb.
“Son bir ildə biz fəaliyyət istiqamətimizi genişləndirmişik. Dekabrda dekolonizasiya prosesinin mühüm hissəsi olan reparasiya mövzuları çərçivəsində beynəlxalq layihələr həyata keçirməyə başlamışıq”.
A.Abbasov vurğulayıb ki, Belçikanın 3 əsr ərzində törətdiyi kolonial siyasət dünya ictimaiyyətinə kifayət qədər məlumdur.
“Lakin beynəlxalq təşkilatlar zəruri reaksiyanı göstərmirlər. Onlar reparasiya və konpensasiya ilə bağlı hər hansı diqqətçəkən mövzu müzakirə etmirlər. Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə daşımağa çalışırıq”.
A.Abbasov əlavə edib ki, bir neçə il sonra reparasiya və konpensasiya ilə beynəlxalq təşkilatların reaksiyaları artacaq.
 
                                     
                            