...

Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Siyasət Materials 10 Noyabr 2025 12:23 (UTC +04:00)
Azərbaycan UNESCO komitəsinə üzv seçilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu barədə qərar Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti