...

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Siyasət Materials 11 Noyabr 2025 17:13 (UTC +04:00)
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - paylaşımda qeyd olunur.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti