Bakı. Trend:
Həm parlamentdə təmsil olunan, həm də seçkilərdə etibarlı səslər qazanaraq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara gələn il 6 milyon manat vəsait ayrılacaq. Bu, dövlətin indiki imkanları ilə uyğun gələn vəsaitdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri vurğulayıb ki, sözügedən vəsaitin bölgüsü məsələsində müəyyən dəyişikliyə ehtiyac var.
“Çünki bir partiyanın çoxluğu təşkil etməsi təbiidir və buna görə də həmin partiyaya daha çox vəsait ayrılması nəzərdə tutulur. Amma digər partiyaların inkişafı üçün verilən vəsait məqsədəuyğun şəkildə istifadə olunsa, onların da inkişafına öz köməyini göstərəcək”, - deyə F.Mustafa qeyd edib.
