...

Azərbaycan və Estoniya xarici işlər nazirləri regional və qlobal məsələləri müzakirə ediblər

Siyasət Materials 2 Dekabr 2025 15:00 (UTC +04:00)
Azərbaycan və Estoniya xarici işlər nazirləri regional və qlobal məsələləri müzakirə ediblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.

Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti