...

Azərbaycanın dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir - Ramin Məmmədov

Siyasət Materials 24 Dekabr 2025 10:20 (UTC +04:00)
Azərbaycanın dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir - Ramin Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

"Biz fəxr edirik ki, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimiz olduğu qədər, həm də parlaq və firavan gələcəyimizin zəmanətidir.

Dövlətimizin qüdrətlənməsi, xalqımızın birliyinin daha da möhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliği naminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvi bütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu və əcdadlarımızdan miras qalan müqəddəs missiyadır", - deyə Komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti