...

Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 21 Yanvar 2026 11:40 (UTC +04:00)
Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb.

Trend xəbər verir ki, söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulandı. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə super kompüter mərkəzinin yaradılması qeyd edildi, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin IT infrastrukturun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.

Xəbər lenti

Xəbər lenti